Menu

Rusiyanın alkoqolik generalı da Azərbaycanı hədələdi - VİDEO

11.08.2025, 14:57
Rusiyanın alkoqolik generalı da Azərbaycanı hədələdi - VİDEO

Rusiyada Solovyovun verilişlərinin tez-tez qonağı olan və alkoqolik kimi tanınan general Andrey Qurulyov Azərbaycanı təhdid edib.

“AzPolitika” xəbər verir ki, Qurulyov Azərbaycanı Ukraynaya kömək etdiyinə görə sanksiyalar və “genişlənən SVO” ilə hədələyib.

Rusiya Dövlət Dumasının deputatı olan Andrey Qurulyov bildirib ki, Rusiya Azərbaycan mallarının idxalına qadağa qoya və Rusiyada azərbaycanlı sahibkarları “incidə” bilər. Onun sözlərinə görə, “Rusiya kimi böyük qonşu ilə münasibətləri korlamaq ağıllı hərəkət deyi və Azərbaycan məhsullarının olmaması Rusiyada heç nəyi dəyişməyəcək, Azərbaycanda isə çox şeyi dəyişəcək”.

Qurulyov bununla da kifayətlənməyib və əlavə edib ki, "xüsusi hərbi əməliyyat elastik bir anlayışdır. Rusiya Federasiyasının bütün sərhədi boyunca genişlənir".

Bununla da Qurulyov Solovyovun ardınca Azərbaycana qarşı hərbi əməliyyatların mümkünlüyünə işarə edib.

VİDEO linkdə: https://www.facebook.com/azer.hesenov.801143/video...

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol