Menu

Ukrayna dronları Rostov dəmir yolunu iflic etdi

23.08.2025, 15:53
Ukrayna dronları Rostov dəmir yolunu iflic etdi

Rusiya Dəmir Yolları (RJD) məlumat verib ki, avqustun 23-də səhər saatlarında Rostov vilayətində təxminən 40 qatar hərəkət qrafikindən çıxıb. Şirkətin açıqlamasına görə, Rossoş–Soxranovka sahəsində, Serqeyevka stansiyası yaxınlığında dronun düşməsi nəticəsində kontakt şəbəkəsi sıradan çıxıb.

Hazırda hərəkət bərpa olunub, lakin 38 qatar 3 saat 40 dəqiqəyədək gecikmə ilə hərəkət edir.

Son bir ayda Ukrayna PUA-ları dəfələrlə Rusiyanın cənub dəmir yolu infrastrukturuna hücum edib. Bu, həmçinin Moskva–Rostov–Soçi magistral xətti üzrə hərəkətə də təsir göstərib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, avqustun 23-nə keçən gecə 7 Ukrayna dronu məhv edilib, lakin neçə PUA-nın hədəfə çatdığı barədə məlumat açıqlanmayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol