Menu

ABŞ Ukraynaya qoşun göndərməsə də, təhlükəsizlik zəmanətlərinə söz verib

24.08.2025, 18:38
ABŞ Ukraynaya qoşun göndərməsə də, təhlükəsizlik zəmanətlərinə söz verib

Ukraynada ABŞ qoşunları olmayacaq.

“Report”un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens NBC News-a deyib.

Onun sözlərinə görə, Vaşinqton Kiyev üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində fəal rol oynayacaq.

"Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Ukraynada ABŞ qoşunları olmayacaq, lakin biz ukraynalılara müharibəni dayandırmaq üçün lazım olan təhlükəsizlik və inamı təmin etməkdə fəal rol oynayacağıq ki, ruslar müharibəni dayandıra biləcəklərini hiss etsinlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol