Menu

8 Noyabr prospektində qəza – İki avtomobil toqquşdu + FOTOLAR

25.08.2025, 16:28
8 Noyabr prospektində qəza – İki avtomobil toqquşdu + FOTOLAR

Bakının 8 Noyabr prospektində ciddi yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, “Range Rover” markalı, dövlət qeydiyyat nişanı 77-ED-123 olan avtomobil ilə, 99-RX-111 nömrəli "BMW" markalı avtomobil toqquşub. Hadisə saat 16:00 radələrində prospektin işıqforla tənzimlənən hissəsində qeydə alınıb

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan sərnişin də olub və o əraziyə cəlb olunan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza səbəbindən prospektdə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. İlkin ehtimallara görə, hadisə işıqfor qaydalarına əməl edilməməsi nəticəsində baş verib. 

"AzPolitika.info"





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol