Menu

"Çin və Ermənistan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub" - Si Cinpin

31.08.2025, 09:50
"Çin və Ermənistan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub" - Si Cinpin

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ermənistanın Baş naziri Nikol Paşinyan Pekinlə İrəvan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan ediblər.

"Report"un Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən məlumatına görə, bu barədə Si Cinpin Nikol Paşinyanla Tiencin şəhərində keçirdiyi görüşdə danışıb.

"Strateji tərəfdaşlığın qurulması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələdir", – deyə Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol