Menu

"Putin və Tramp Zelenski ilə görüşlə bağlı hələ razılıq əldə etməyib" - Uşakov

01.09.2025, 20:02
"Putin və Tramp Zelenski ilə görüşlə bağlı hələ razılıq əldə etməyib" - Uşakov

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli və ya üçtərəfli formatda görüşlə bağlı razılığa gəlməyiblər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

"Putin və Tramp arasında Zelenski ilə görüş və ya üçtərəfli görüş barədə razılaşma olmayıb", - o qeyd edib.

Y.Uşakovun sözlərinə görə, Putin və Tramp Alyaskada aparılan danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsi kontekstində "bundan sonra necə hərəkət etmək"lə bağlı razılığa gəliblər.

Prezidentin köməkçisi əlavə edib ki, Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin artırılması ilə bağlı hələlik konkret təkliflər yoxdur.

O, həmçinin vurğulayıb ki, V.Putin ŞƏT sammitində bir çox xarici həmkarını Alyaskada Trampla görüşünün nəticələri barədə məlumatlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol