Menu

Sergey Lavrov Rusiyanın Cənubi Qafqazdakı prioritetlərini açıqlayıb

08.09.2025, 14:41
Sergey Lavrov Rusiyanın Cənubi Qafqazdakı prioritetlərini açıqlayıb

Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinin əsas prioritetləri sülh və əməkdaşlıqdır, bunlar heç vaxt dəyişməyib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri və professor-müəllim heyəti qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri və onların üç qonşusu arasında "3+3" formatında əməkdaşlığın tezliklə bərpa olunacağına ümid edir:

"Çox ümid edirik ki, vaxtilə Türkiyə və Azərbaycanın irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu – İran, Türkiyə, Rusiya... Hesab edirik ki, bu formatı bərpa etməyin vaxtıdır".

S.Lavrov həmçinin tezliklə görüşün keçiriləcəyinə ümidvar olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol