Menu

Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb

10.09.2025, 20:31
Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb

Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb və nəticədə ölkədə elektrik enerjisi kəsilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

"Elektrik enerjisinin verilişində tam fasilə yaranıb" - nazirlikdən bildirilib. Qeyd olunub ki, qəzanın səbəbləri araşdırılır və artıq bərpa prosesinə başlanılıb.

Qeyd edək ki, 10 milyon kubalı işıqsız qalmamışdan əvvəl də ölkənin bir çox bölgələrində 16 saat və ya daha çox davam edən elektrik enerjisi fasilələri yaşanmışdı.

Şərhlər

rr 2025-09-10 20:36:45

rusdarnan dostluq edenin aqibeti bele olur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol