Menu

Ukrayna PUA-ları Afipski neftayırma zavodunu vurdu - Azı 10 partlayış baş verib

26.09.2025, 11:23
Ukrayna PUA-ları Afipski neftayırma zavodunu vurdu - Azı 10 partlayış baş verib

Ukrayna ordusu Krasnodar vilayətində yerləşən AFİP (Afipski) neftayırma zavoduna PUA hücumu həyata keçirib.

“AzPolitika” xəbər verir zərbələr nəticəsində zavodda ciddi yanğın baş verib. Zavodun yerləşdiyi Afipski qəsəbəsi yaxınlığında ən azı 10 partlayışın olduğu bildirilir. Hücumun məqsədinin Rusiyanın strateji neft infrastrukturunu hədəf almaq olduğu ehtimal edilir.

Bu hücum, Ukraynanın Rusiyanın neft sənayesini hədəf alan əməliyyatlarının bir hissəsi olaraq qiymətləndirilir. Əvvəlki oxşar hücumlarda da Samaradakı neftayırma zavodu vurulmuşdu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol