Menu

Azərbaycan bankları bəzi kredit borclarını silib

04.10.2025, 15:48
Azərbaycan bankları bəzi kredit borclarını silib

Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar, qeyri-işlək kreditlərdir. 

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Silinmələrin 61,1%-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9%-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub.

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur.

Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib. 

Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30% çox), biznes kreditlərinin 431 milyon manatı (14,9% çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5% çox) qeyri-işləkdir.

Şərhlər

Isayeva heyran 2025-10-06 08:44:09

Hansl kreditler silinib?

Nurlan 2025-10-05 20:20:30

xestem olub pul ehtiyacim olub her yerden kreditim var ama 1 ni bele silmiyibler

Baba 2025-10-05 13:29:53

Pendir sexində partlayış olub

RÖYAL 2025-10-04 23:45:44

Məndə 5000 min kredit borcum var 2000.200 qalıb bizm borcumuzu nədən silmədilər belə haqsızlıq olar

Rəşad 2025-10-04 23:20:44

NİYƏ YALAN MƏLUMATLAR YAYIRSIZ , SİZİN AXRINIZ HARA GEDƏCƏK . BƏSDİRİN BU FƏLİYYƏTLƏ MƏŞĞUL OLMAĞA SAVAD VƏ QABİLİYYƏTİNİZ ÇATMIRSA , YA GEDİN KİŞİ KİMİ FƏHLƏ , YADA DÜZƏMMƏLİ ADAM KİMİ XADİMƏ İŞLƏYİN. BANKLAR 1 MANAT YOX , 1 QƏPEK BELƏ KEÇMƏZ !

Hikmət 2025-10-04 21:20:22

Kreditlər bagli. Ödəyə. Bilmirəm. Müharibədə olmuşam. indidə ki. Ödəyə. Bilmirəm. İşəyə bilmirəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol