Menu

"Ukrayna çətin ki, yaxın illərdə tam dinc həyata qayıda bilsin" - Budanov

16.10.2025, 16:45
"Ukrayna çətin ki, yaxın illərdə tam dinc həyata qayıda bilsin" - Budanov

Ukrayna çətin ki, yaxın illərdə tam dinc həyata qayıda bilsin. 

Bunu Kiyev Beynəlxalq İqtisadi Forumu zamanı Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov deyib.

"Cəmiyyətimiz dərk etməli olacaq ki, yaxın illərdə tamamilə dinc, zərərsiz həyatın mövcud olma ehtimalı azdır. Mən sülh yolu ilə müharibə aparacağımızı nəzərdə tutmuram. Amma hər an, o cümlədən güc yolu ilə cavab verməyə hazır olmağımız cəmiyyətimiz üçün bir çağırış olacaq. Və biz bununla yaşamalıyıq", - Budanov bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol