Menu

Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir

20.10.2025, 14:41
Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir

Hindistana Rusiya neftinin tədarükü heç bir fasilə olmadan davam edir.

Bunu Rusiyanın "TASS" agentliyinə açıqlama verən Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Rusiya neftinin Hindistana göndərilməsinin dayandırılıb-dayandırılmadığı ilə bağlı suala cavabında deyib.

Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın Hindistan Baş naziri Narendra Modinin Rusiyadan xam neft alımını dayandıracağına dair “təminat verdiyi” barədə bəyanatından sonra gəlib.

Hindistan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, enerji təchizatı sahəsində ABŞ ilə dialoq davam edir, lakin ölkənin enerji siyasəti ilk növbədə Hindistan istehlakçılarının maraqları əsasında formalaşır.

Xatırladaq ki, ABŞ Ukrayna müharibəsindən sonra Rusiyadan ən çox neft idxal edən ölkələrdən biri olan Hindistana qarşı bu ticarəti əsas gətirərək 50 faiz gömrük rüsumu tətbiq etmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol