Tərkibində zəhərli kimyəvi maddələr (pestisid qalığı) normadan artıq olan məhsullar niyə vətəndaşların süfrəsinə gedib çıxır?
“AzPolitika” bildirir ki, iqtisadçı, aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli bu suala cavab tapmağa çalışıb.
Ekspert xatırladır ki, Türkiyəyə ixrac üçün nəzərdə tutulan 163,4 ton almada pestisid qalığının normadan artıq olduğu aşkar edilib.
“Bu fakt Azərbaycanda kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi sistemində ciddi boşluqların olduğunun göstəricisidir”, - o əlavə edir..
V. Məhərrəmlinin sözlərinə görə, əslində, qanunvericiliyə görə, belə məhsullar dərhal utilizasiya edilməlidir: “Lakin təəssüf ki, çox vaxt həmin məhsullar daxili bazara yönləndirilir - yəni məhv edilmək əvəzinə, “itkisiz” satılır. Bu isə vətəndaşların sağlamlığını birbaşa təhlükə altına qoyur”.
Mütəxəssis vurğulayır ki, vəziyyətin belə hal alması bir neçə əsas problemi üzə çıxarıb: “Ölkədə ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət sistemi faktiki olaraq yoxdur. Rəsmi olaraq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirməlidir, amma onların laboratoriya yoxlamaları çox az ərazini əhatə edir. Bazarlarda, marketlərdə meyvə və tərəvəz məhsulları analiz edilmədən satılır.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar arasında maarifləndirmə işləri çox zəifdir. İstifadə edilən pestisidlərin keyfiyyəti standartlara uyğun deyil. Bu səbəbdən də kəndlilər lazımı nəticə əldə etmək üçün zəhərli kimyəvi maddələrdən dəfələrlə istifadə etməli olurlar. Belə halda isə istifadə edilən pestisidlərin dəqiq dozasını nəzarətdə saxlamaq mümkün olmur. Bu səbəbdən də əldə edilən məhsullarda zəhərli kimyəvi maddələrin qalığı normadan artıq olur.
İxrac üçün nəzərdə tutulan məhsul yoxlamadan keçsə də, daxili bazara çıxan məhsul üçün nəzarət demək olar yoxdur”.
Vahid Məhərrəmli qeyd edir ki, bu, ölkə vətəndaşlarının sağlamlığını ikinci plana atan sistem problemidir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Zəhmət olmasa Azərbaycana idxal olunan 45-50 min ton texniki palma yağının haralarda ve nəyə faktiki istifadsini araşşdırıb heş olmasa saytda yerlşdirmənizi xahiş edirik.Axı bu yağların qidalarda istifadəsi başqa ölkələrdə səhiyyə baxımından qadağan edilib.
Görəsən ekspert bilirmi ki,kərə yağı adı altında maketərdə kiloqramı 20 manatdan yuxarı satışa qoyulan yağların mənşəi nədir?Satşda olan pamidorların dadı niyə əsl pamidor dadı vermır?Bunun kimi xiyarlar.meyvələrin çoxu da hibrid sortlardır.Bəs millətin sağlamığının qeydinə kim qalmalıdır? AQTA niyə belə məsiyytsiz fəalyyət göstərir (əgər fəaliyyət göstrirsə)
Çox sadə yolla.Bunu guya ekspert bilmir?Yuxarılarla əlaqəli monopolistlərin gətirib satışa verdiyi malları AQTA və gomrük yoxlamır.Hətta çox hallarda gömrüyə bu mallar daxil olmur.incələnmir.Sadəcə kağız sertifikat yazılır.
Monopolislərə və fırıldaqçılara xidmət edən ekspert yalan yazaraq çaşqınlıq yaradıır.Şərhlər bunu təsdiqləyir.
BU FAKTLAR BİR DAHA SÜBUT EDİR Kİ CAVABDEH QURUMLARIN SADƏCƏ ADI VAR HAMISI. ƏXSİ MƏNAFELƏRİNƏ XİDMƏT EDİRLƏR. M Ə. SABİR DEMİŞKƏN. MİLLƏT NEÇƏ..........
Zəhərli meyvələr və ərzaqların şatışaçıxarılmasında AQTA və DGK-nin səhlənkarlığı,rüşvət amaqla nəzarət edilməməsi sayəsində baş verdiyinin sübuta ehtiyacı yoxdur.Bu iki qurum belə hallarınbaş verməsində məsuliyyət daşıyırlar..Amma .....
Şərh yazılır.Amma ciddiləri və doğruları görünmür.
Mütəxəssisin qeyd etdiyi hal 3cü inkişaf səviyyəli də deyil, ölkəmizin özbşına fərdlərdən ibarət daha geridə olduğuna sübut deyilmi? Belə dövlətlərdən rəqiblərinə iki-üç qat sərfəli-mal heyvanlarını ötürücü, ya tələfat, məhsulları ilə də insanlarını müharibədən də təhlükəli yoluxdurucu şanslarını verir? Hanı tarixən məlum növlərin daha baxımlı-faydalı yeni çeşidləri?
Bu sualın aydın və dəqiqcavabıATA və DGK-nın rüşvətorluğu və ya yuxarıdan AQTA və DGK-nə göstəriş vasitəsilə ki.bu firmaları gətrdiklərini nəzarətsiz buraxın.Başqa yolu yoxdur.
Bu sualın biir cavabı var! AQTA və DGK rüşvətlə işlədiyindən belə ərzaqlar süfrəyə yol tapır.Misal kərə yağıarının tərkibi,Palma yağının istifaadəsinə,ölkəyə buraxlmasına imkan yaradanlar..istifadə müddəti keçmiş ərzağları (makaron.pepsi və s.)ölkəyə keçidinə göz yumanlar.Hörmətli ekspert niyə bunları açıqlamır?