Menu

Dövlət Komitəsi aliment ödəyə bilməyən kişilər haqda - "Bu, iqtisadi zorakılıqdır"

13.11.2025, 13:00
Dövlət Komitəsi aliment ödəyə bilməyən kişilər haqda - "Bu, iqtisadi zorakılıqdır"

Azərbaycanda aliment ödəməli olan kişilərin sayı artıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:

"Aliment ödəməli olan kişilərin sayında artım müşahidə edilir. Lakin alimentlərin ödənilməməsi qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər. Dövlət Komitəsi olaraq, bu sahədə təhlillər aparmışıq. Yerli qurumların, xüsusilə bələdiyyələrin bu istiqamətdəki işinin daha da təkmilləşdirilməsini məqsədəuyğun sayırıq".

Şərhlər

B.Kolxozdar 2025-11-13 14:02:03

İnşəallah, STMinstitutunun təklif-layihələri 2026cı büdcə ilində zəruri ümumdövlət tələbatı üzrə 3-6 milyon iş yerlərinin yaradılması ilə 2027ci ilə ümumən ictimai-səmərəli məşğuliyyət problemini həll edəcəklər?

Watchman 2025-11-13 13:06:52

Sədaqət Qəhrəmanova yoldaş, bəs ataların əlindən uşaqlarını almaq, həyatlarını alt-üst etmək nə zorakılığı adlanır? (sizə xanım deməyə də dilim gəlmir).

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol