Menu

Şəmkirdə qəza baş verib, bir nəfər ölüb

06.12.2025, 23:20
Şəmkirdə qəza baş verib, bir nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində "VAZ" və "Hundai" markalı avtomobillər toqquşub.

Nəticədə 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım biriqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol