Menu

Türkiyənin hava məkanını pozmağa cəhd edən PUA vurulub

16.12.2025, 15:42
Türkiyənin hava məkanını pozmağa cəhd edən PUA vurulub

Türkiyə Müdafiə Nazirliyi Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan bir pilotsuz təyyarənin Türkiyə "F-16" təyyarələri tərəfindən vurulduğunu açıqlayıb.

Məlumata görə, Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan PUA yaşayış məntəqələrindən kənarda təhlükəsiz bir ərazidə zərərsizləşdirilib.

Hadisə barədə əlavə məlumat verilməyib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol