Ukraynanın Liman şəhəri istiqamətində Ukrayna Müdafiə Qüvvələri Rusiya Ordu alayını məhv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun rəsmi “Telegram” kanalında məlumat verilib.
Hərbçilər qeyd ediblər ki, "Üçüncü Korpus və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Liman sektorunda birgə hücum əməliyyatları aparır: Rusiya Ordu alayı məhv edilib! Koordinasiyalı əməkdaşlıq nəticəsində artıq cəbhə xəttini düzəltmək və Ukrayna qüvvələrinin ərazidəki taktiki mövqeyini yaxşılaşdırmaq mümkün olub".
Müdafiə Qüvvələrinin yuxarıda adı çəkilən bölmələri arasında əməkdaşlıq nəticəsində bir Rusiya alayının məhv edildiyi və xeyli sayda işğalçının əsir götürüldüyü qeyd olunur. Ukrayna ordusunun hərəkətlərinin düşməni manevr qabiliyyətindən məhrum etdiyi və Liman sektorunda sonrakı hərəkətlər üçün yol açdığı deyilir. Məlumata döyüşlərin əks olunduğu video da əlavə olunub.
“AzPolitika.info”


Şərhlər