Menu

Rus ordusu bu istiqamətlərdə irəliləyib

19.12.2025, 10:57
Rus ordusu bu istiqamətlərdə irəliləyib

Rusiya ordusu Donetsk və Zaporojye vilayətlərində irəliləyib.

Bu barədə Ukraynanın "DeepState" monitorinq və analitik layihəsi məlumat yayıb.

Analitiklərə görə, Rusiya ordusu Donetsk vilayətindəki Dronivka, Nikanorivka və Pankovka yaşayış məntəqələrinin yaxınlığında irəliləyiş əldə edib.

"DeepState" həmçinin Zaporojye vilayətindəki Hulyaipole şəhərində rus işğalçılarının irəliləyişini də bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, vəziyyət ən gərgin olan Pokrovsk sektorundadır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol