Menu

Ukrayna yenidən hədəfə alındı -İran dronları ilə

19.12.2025, 16:08
Ukrayna yenidən hədəfə alındı -İran dronları ilə

Son iki gündə Rusiya ordusu 200-dən çox raket və İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatları ilə Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirib.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalına görə, dünən müdafiə qüvvələri hücum zamanı 82 raket və drondan ümumilikdə 63 ədəd İran istehsalı olan “Shahed-136/131” dronunu məhv edə bilib.

Eyni zamanda, bu gün 160 müxtəlif tipli raket və dronla edilən hücumlarda 108 “Shahed” vurulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol