Menu

Türkiyə DİN İzmitə düşən PUA-nın Rusiya mənşəli olduğunu təsdiqləyib - FOTO

19.12.2025, 19:26
Türkiyə DİN İzmitə düşən PUA-nın Rusiya mənşəli olduğunu təsdiqləyib - FOTO

Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Nazirlik açıqlamasında araşdırmaların davam etdiyinu bildirib:

“Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir”, - açıqlamada deyə qeyd olunub.

Şərhlər

Haller 2025-12-20 16:55:33

...elbette rus olacaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol