Menu

Türkiyə ABŞ-nin "Sezar" qanununu ləğv etməsini alqışlayıb

19.12.2025, 19:59
Türkiyə ABŞ-nin "Sezar" qanununu ləğv etməsini alqışlayıb

Türkiyə ABŞ-nin "Sezar" qanununu ləğv etməsini alqışlayıb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçelinin sosial şəbəkə paylaşımında qeyd olunub.

"ABŞ-nin Suriyaya qarşı "Sezar" qanunu çərçivəsindəki sanksiyaları ləğv etməsini məmnuniyyətlə qarşılayırıq. Bu addım Suriyanın yenidən qurulması və inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığı daha da təşviq edəcək", - Keçeli bildirib.

Qeyd edək ki, "Sezar" qanunu Suriyada öz xalqına qarşı vəhşilikləri dəstəkləyənləri və maliyyələşdirənləri əhatə edirdi. Sanksiya Bəşər Əsəd rejimini dəstəkləyənlərə və onunla əməkdaşlıq edənlərə də şamil olunub.

ABŞ bu il noyabrın 10-da həmin sanksiyaları nisbətən yumşaldıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol