ABŞ Suriyanın Tedmur (Palmira) bölgəsində İŞİD-ə qarşı qisas əməliyyatı başladıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabından paylaşım edib.
"İŞİD Suriyada cəsur Amerika vətənpərvərlərini vəhşicəsinə qətlə yetirdiyinə görə, bununla bəyan edirəm ki, vəd etdiyim kimi, ABŞ bu hücumdan məsul olan qatil terrorçulara qarşı çox ciddi qisas əməliyyatı həyata keçirir", -deyə o, qeyd edib.
ABŞ Mərkəzi Komandanlığının açıqlamasında əməliyyatı çərçivəsində 70-dən çox hədəfin vurulduğu bildirilib və əlavə edilib: "İordaniya Silahlı Qüvvələri də əməliyyatı döyüş təyyarələri ilə dəstəkləyib. Əməliyyatda məlum İŞİD infrastrukturunu və silah anbarlarını hədəf alan 100-dən çox dəqiq sursatdan istifadə edilib".
"AzPolitika.info"


Şərhlər