Menu

"Epşteyn işi"ndə o məşhurun da fotosu üzə çıxdı - FOTO

20.12.2025, 11:40
"Epşteyn işi"ndə o məşhurun da fotosu üzə çıxdı - FOTO

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn sənədlərini açıqlamağa başlayıb.

Yeni yayımlanan sənədlər arasında məşhur pop ulduzu Maykl Ceksonun Ceffri Epşteyn ilə birgə yer aldığı fotoşəkillər də yer alıb.

Açıqlanan sənədlərdə Epşteynin müxtəlif sabiq prezidentlər, iş adamları və tanınmış şəxslərlə birlikdə görüntüləri də mövcuddur. 

Maykl Ceksonun da yer aldığı fotolar sosial mediada və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Bununla yanaşı, rəsmi mənbələr bildirir ki, sözügedən fotoşəkillər cinayət əlaqəsi və ya hüquqi ittiham üçün sübut kimi qiymətləndirilməməlidir.

Qeyd edək ki, Ceffri Epşteyn ABŞ-li maliyyəçi olub və azyaşlılara qarşı cinsi istismar, insan alveri şəbəkəsi qurmaqda ittiham olunur. 

"AzPolitika.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol