Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 3464,5 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.
Dövr ərzində xidmətlərin 70,7%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Şərhlər
Qazanardaaaaa(((monopoliya … ne isteyiller onuda ediller
NƏYİN HESABINA.QİYMƏTLƏR HƏNDƏSİ SİLSİLƏ İƏ ARTIRMAQ HESABINA GƏLİRLƏR ARTIR,XİDMƏTLƏİ,KEYFİYYƏTİ ARTIRMAQ HESABINA ARTIMIR.
Heç xeyirli olmasın.Dünyanın ən keyfiyyətsiz internetini ən baha qiymətə işlədirəm.