Menu

Ukrayna kəşfiyyatından Krımda uğurlu əməliyyat - İki "Su-27" təyyarəsi vuruldu

20.12.2025, 16:08
Ukrayna kəşfiyyatından Krımda uğurlu əməliyyat - İki "Su-27" təyyarəsi vuruldu

Bu u gecə Krımın Belbek aerodromunda Rusiyaya məxsus 2 ədəd "Su-27" hərbi təyyarəsi Ukrayna Təhlükəsizlik Xidmətinin dronları tərəfindən məhv edilib.

“AzPolitika” teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, dispetçer qülləsinə də zərbə endirilib. Bir neçə gün əvvəl burada "MiQ-31" təyyarəsi də vurulmuşdu.

Xəzərdə isə Rusiyanın patrul gəmisi  vurulduğu və "Lukoil"un Filanovski adına neft-qaz platformasına təkrar zərbə endirildiyi iddia edilir Son günlər burada Korçagin və Qrayfer adına yataqlar da hücuma məruz qalıb.

Dünən Aralıq dənizində (Ukrayna sahillərindən 2000 km aralıda) Rusiyanın kölgə donanmasına aid daha bir tanker sıradan çıxarılıb.

Əməliyyatların miqyası və coğrafiyası genişlənərək davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol