Menu

İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb

20.12.2025, 22:21
İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

"Report" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

"Forbes"un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, "SpaceX" şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Şərhlər

Fedya 2025-12-21 03:12:56

Hamısı şişirdilmə feyk xəbərlərdir. 1 dəfə də 1 tirlyon dollara çatdı sonradan dqşdü 350 milyar dolara.

Valeh 2025-12-21 00:10:20

Şəxsən mən bu qədər, hətta bundan xeyli miqdarda az sərvətə malik olsaydım, çox narahat olardım. Çünki adamı bu dünyaya məhkum edir. Narahat olardım ki, bu qədər sərvət sonda bu dünyada qalacaq, mən isə köçüb o biri dünyaya gedəcəyəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol