Menu

Rusiya Kiyev və Avropanın sülh planına etdiyi dəyişikliklərdən narazıdır

21.12.2025, 13:12
Rusiya Kiyev və Avropanın sülh planına etdiyi dəyişikliklərdən narazıdır

"Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi sülh planına Kiyev və Avropa tərəfindən edilən dəyişikliklər razılaşmaların əldə edilməsini gecikdirir".

"Report"un verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Mən tam əminəm ki, avropalıların tətbiq etməyə çalışdığı müddəalar uzunmüddətli sülhə nail olmaq şanslarını artırmır", - deyə o, jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və amerikalı tərəfdaşlar arasında münaqişənin həlli ilə bağlı danışıqlar Mayamidə davam edir. Dmitriyev nəticələr barədə danışıqlar başa çatdıqdan sonra məlumat verəcək.

Rusiya liderinin xüsusi nümayəndəsi əvvəllər ABŞ-da danışıqların ilk gününün konstruktiv keçdiyini bildirmişdi.

Şərhlər

B.Qarabağlı 2025-12-21 14:39:25

Əsəb Siyasi-tarixi dön-dönməzlikdir? Əski Kremlin, guya *Qərb*lə özəl guya *Qarşılıqlı səmərəli dünya düzəni* (separat) de fakto 1986-1987ci illərdən Gürcüstan və Azərbaycana qarşı dağıdıcı siyasi-demontaj terrorları ilə başlanıb. Kreml-Kiyev müharibəsinin Sülhü Ukraynanın razılıqlı nəticəsi deyilmi? Kremlin hər hansı iddiası Kiyev üçün və hərbi işğala təslimin qəbulu olmazmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol