Menu

Parlamentdə dava - Millət vəkilləri bir-birilərinə hücum etdi + VİDEO

22.12.2025, 14:22
Parlamentdə dava - Millət vəkilləri bir-birilərinə hücum etdi + VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) 2026-cı il büdcə müzakirələri zamanı fiziki qarşıdurma yaşanıb.

Belə ki, müzakirələr başa çatdıqdan sonra səsvermənin başlaması gözlənildiyi zaman CHP və AKP-dən olan deputatlar arasında gərginlik artıb. AKP-nin Bursa millət vəkili Mustafa Varank ilə CHP Qrup sədrinin müavini Murat Emir arasında yaşanan şifahi mübahisə şiddətlənib və nəticədə iki partiyadan olan millət vəkilləri bir-birlərinə hücum etdilər. 

Təxminən 2-3 dəqiqə davam edən davadan sonra Numan Kurtulmuş iclası dayandırıb. Lakin buna baxmayaraq, fasilə zamanı da iki partiyanın millət vəkilləri arasındakı qarşıdurma davam edib.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər

ƏNHU 2025-12-22 22:44:46

Noolar bircə dəfə də bizim parlamentdə dava düşə. Biz də görək ki, bu parlamentdə gərgin iş gedir. Tərəflər var.Fərqli mövqelər var. Millətin rifahı uğrunda "döyüşən", hətta yumruq davasına çıxan deputatlar var. Görmədik, görmədik, görmədik. Öldük qurtardıq, amma görmədik.

Bəhlul.MMə, XİNə 2025-12-22 14:42:22

Canlı Yer mühiti-aləmi (COP, Eko...) tükəndikcə gərgin iqtisadi maraqlar qədim, yalnız ehtiram və etiqad savadlı dindar (molla) savaşları kimi daxili siyasətçiləri qarşı qoyur. Qlobal-nəhəng Siyasətdə isə *Nə gedir, Bostandan gedir, mənim bağımdan heç nə getmir ki?* kəlamına uyğun vəhşi-hərbi terror və müharibələrə qarşı aşıq-aşkar biganəlik də sanki, *Sabah da növbə bizimdir?* zərbəsini gözləyirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol