Menu

Pezeşkianın qızından Bakıda azərbaycanca şeir - VİDEO

23.12.2025, 15:16
Pezeşkianın qızından Bakıda azərbaycanca şeir - VİDEO

Bakıda keçirilən Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılan İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian tədbirdə çıxış edib.

Zəhra Pezeşkian öz çıxışını Azərbaycan dilində şeirlə tamamlayıb.

O, Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bənd söyləyib:

Sondan durub üst donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Nasir İsrıfilzadə. 2025-12-24 22:12:31

Halal olsun Zəhra xanıma və onun atası Məsud Pezişkiyan cənablarına. Hörmətlə yanaşıram o ailəyə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol