Menu

“Bayden sağ olduğunu da bilmirdi” – Tramp sələfindən əl çəkmir

23.12.2025, 17:31
“Bayden sağ olduğunu da bilmirdi” – Tramp sələfindən əl çəkmir

İkinci prezidentliyinin bir ili sona yaxınlaşsa da, Donald Tramp sələfi Co Baydenin ünvanına müxtəlif ittihamlar səsləndirməkdən, onu tənqid və təhqir etməkdən əl çəkmir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp növbəti dəfə Baydeni ələ salıb. O iddia edib ki, Co Bayden hətta sağ olduğunu belə anlamayıb. "Bayden sağ olduğunu da bilmirdi", - Tramp Mar-a-Laqoda jurnalistlərə deyib.

Əslində, Tramp özü ABŞ-nin ən yaşlı prezidentidir. O, öz andiçmə günündə Baydenin andiçmə günündəki yaşından beş ay böyük olub.

Qeyd edək ki, Baydenin doğrudan da sağlamlıqla bağlı problemləri olub. Onun danışarkən fikirlərinin dolaşması, çaşması, gedəcəyi istiqaməti tapa bilməməsi, hətta yıxılmasına dair xeyli faktlar var. Buna baxmayaraq, Trampın keçmiş prezident barədə təhqiramiz ifadələr işlətməsi ABŞ-də çoxları tərəfindən pis qarşılanır.

Qeyd edək ki, son olaraq Baydendə xərçəng xəstəliyinin tapıldığına dair məlumatlar yayılmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol