Menu

Azərbaycanda da insan orqanı alıb-satan qadın Qazaxıstana ekstradisiya edilib

24.12.2025, 10:46
Azərbaycanda da insan orqanı alıb-satan qadın Qazaxıstana ekstradisiya edilib

İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol