Menu

"Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil" - Nazir müavini

24.12.2025, 13:18
"Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil" - Nazir müavini

"Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil".

APA xəbər verir ki, bunu Azərbaycan Din Xadimlərinin II Forumunda “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, hazırda bütün məktəblərdə internetə çıxış var:

“Yəni dinlə bağlı məlumatlar da təhsil sistemində, məktəblərdə şagirdlərə çatdırılır. Məktəblərdə “Həyat bilgisi” və ya ali məktəblərdə din tarixi dərsləri keçirilir. Kurikulumda məktəblərdə din haqqında məlumatı şagirdlərə çatdırırıq. Burada əsas məqam milli-mənəvi və əxlaqi dəyərləri şagirdlərə ötürməkdir. Təbii ki, dini inanclar azad olmalıdır. Bu, insan azadlığının əsas prinsipidir. Ölkəmizdə insanlara tam azadlıq verilir. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar var və bununla bağlı dövlət yaxşı şərait yaradıb”, - nazir müavini vurğulayıb.

Şərhlər

Rasim 2025-12-24 18:26:36

Hər bir şeyin təbliğatını aparmaq olar, bircə Allahı tanıtmaq olmaz (!). Neçə ki cənab Mehdiyevin vaxtilə soxuşdurduğu ateist təfəkkürlü insanlar aktiv fəaliyyətdədir, Allahı heç yerdə tanımayacağıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol