Menu

Ərdoğan Liviya Baş naziri ilə telefon danışığı aparıb

24.12.2025, 14:58
Ərdoğan Liviya Baş naziri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Haddad və onunla birlikdə həlak olanların yaxınlarına dərin kədər hissi ilə başsağlığı diləklərini çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol