Menu

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

24.12.2025, 16:17
Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol