Menu

Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub

24.12.2025, 17:12
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub

Bu gün Baş nazir Əli Əsədov Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Safi Arpaquşun Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında dini sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol