Vladimir Putin televiziya aparıcısı və Kremlin ən tanınan təbliğatçılarından biri olan Vladimir Solovyovu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
“AzPolitika” xəbər verir ki, rəsmi açıqlamaya görə, Solovyova bu mükafat "informasiya sahəsinin inkişafına və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə görkəmli töhfəsinə" görə verilib.
Dövlət mükafatlarının təqdimetmə mərasimi Kremlin Yekaterina zalında baş tutub. Putindən ordeni alan Solovyov “alovlu” çıxış edib və deyib ki, müharibə bir çox şeyi dəyişib və onun nəslindən olan rusların “həyatına məna verib”.
Solovyov Rusiyada yaşayan bütün millətləri “ruslar” adlandırdığı çıxışında Putindən yalnız “qələbə” tələb edib: "Ruslar(!), dinindən və etnik mənsubiyyətindən(?) asılı olmayaraq, qələbə üçün yaradılıblar. Və bizi hamıdan fərqləndirən də budur. Müharibə öz təbiətinə görə müqəddəsdir. Biz mütləq şərlə üzləşirik. Buna görə də qələbəmiz qaçılmazdır".
Qeyd edək ki, Putin Solovyovla yanaşı, digər bir neçə Kreml təbliğatçısını, eləcə də Mariya Zaxarova və Nikita Mixalkov kimi şəxsləri də mükafatlandırıb.
“AzPolitika.info”


Şərhlər
Doğrudur Rusiya və onun vətəndaşları, eyni zamanda böyük bir şərlə üzbəüzdür və bu şərin adı Putindir. Rus xalqı bu şərlə mübarizə edib onu məğlub etməsə Rusiya darmadağın olacaq.
El məsəlində deyilir: "Dostunu göstər, deyim kimsən", indi Putinin də dostları, Solovyov, Zaxarova, Mixalkov kimi ağız-ağıza verib hürənlərdir...
Burada belə bir El məsəli yadıma düşür, "Canavar tək qalanda başına çaqqal-çuqqal yığışar"...