Menu

İcbari tibbi sığorta fondunun büdcəsinə dəyişiklik edildi - Prezident Fərman imzalayıb

25.12.2025, 18:46
İcbari tibbi sığorta fondunun büdcəsinə dəyişiklik edildi - Prezident Fərman imzalayıb

Prezident İlham Əliyev "İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292,00 manatdan 1 642 956 292,00 manata endirilib.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000,00 manatdan 3 000 000,00 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların sığortalanma xərcləri 2 500 000,00 manatdan 1 000 000,00 manata endirilib.

Əvəzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər işlərin maliyyələşdirilməsi üzrə xərclər 464,765 milyon manatdan 497,765 milyon manata qaldırılıb, o cümlədən dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər 200 milyon manatdan 190 milyon manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 milyon manatdan 21,3 milyon manata, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərcləri 28 milyon manatdan 63,5 milyon manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər 10 milyon manatdan 21,2 milyon manata dəyişdirilib.

Bundan başqa, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri xərcləri 430 milyon manatdan 495 milyon manata qaldırılıb, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 milyon manatdan 20 milyon manata endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol