Menu

Polşa qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldı

25.12.2025, 20:37
Polşa qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldı

Polşa Hərbi Hava Qüvvələrinin qırıcıları Baltik dənizi üzərində Rusiyaya məxsus kəşfiyyat təyyarəsini müşayiət ediblər. Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının məlumatına görə, təyyarə ölkənin hava məkanına yaxınlaşdığı üçün havaya qırıcılar qaldırılıb. İnsident dekabrın 25-də səhər saatlarında baş verib.

Hərbçilər həmçinin bildiriblər ki, gecə saatlarında Belarus istiqamətindən Polşanın hava məkanına daxil olan naməlum obyektlər aşkarlanıb. İlkin ehtimallara görə, söhbət qaçaqmalçılıq məqsədilə istifadə edilən hava şarlarından gedir. Təhlükəsizlik məqsədilə Polşa hava məkanının bir hissəsi müvəqqəti olaraq mülki aviasiya üçün bağlanıb.

Son aylarda Rusiya hərbi təyyarələri və pilotsuz uçuş aparatları NATO-ya üzv ölkələrin hava məkanına yaxın ərazilərdə aktivliyi artırıb. “Bloomberg”in yazdığına görə, sentyabrın sonunda Böyük Britaniya, Fransa və Almaniya diplomatları Moskvaya xəbərdarlıq edərək bildiriblər ki, NATO qüvvələri alyansın hava məkanını pozan Rusiya təyyarələrinə qarşı sərt tədbirlər görməyə hazırdır.

Kremlin sözçüsü Dmitri Peskov isə bu cür açıqlamaları Rusiya sərhədləri yaxınlığında gərginliyi artıran amil kimi qiymətləndirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol