Menu

Amnistiya Aktı ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısına çıxarılır

26.12.2025, 15:33
Amnistiya Aktı ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısına çıxarılır

3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılır.

Gununsesi.info-nun məlumatına görə, müğənni bu dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayətlərində təqsirli bilinir.

Məlumatda bildirilir ki, Dəniz Əsədovanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Vüqar Seyidovun sədrlik etdiyi kollegiya baxacaq.

Şərhlər

Vəli 2025-12-26 15:55:37

Dəniz çıxışında YAP üzvü olduğunu bildirdi. Deyəsən YAP-ın bundan hələ də xəbəri yoxmuş. Yoxsa həbsdə olanı üzvü saxlamazdılar. İndi bu YAP üzvü rekord müddətdə yenidən həbsə girsə YAP onu sıralarında saxlayacaqmı? Və ya YAP -ın nizamnaməsinə görə neçə dəfə həbsə girmək polojnodur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol