Menu

Rusiya Türkiyəyə 9 milyard ayırdı - Bunun üçün

26.12.2025, 15:38
Rusiya Türkiyəyə 9 milyard ayırdı - Bunun üçün

Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in tikintisinin maliyyələşdirilməsi üçün 9 milyard dollar vəsait ayırıb.

Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

O, bildirib ki, Ankara stansiyanın 2026-cı ildə istismara verilməsini planlaşdırır. Onun sözlərinə görə, ayrılan vəsaitin əsas hissəsinin 2026–2027-ci illərdə istifadə olunması nəzərdə tutulur. Bu məbləğin 4–5 milyard dollarının 2026-cı ildə xarici maliyyələşmə çərçivəsində xərclənəcəyi gözlənilir.

Nazir qeyd edib ki, layihə Türkiyənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol