“Bakıdakı “Rus Evi” uzun müddət ərzində qeydiyyatsız fəaliyyət göstərirdi. Bununla bağlı Rusiyaya rəsmi xəbərdarlıq edilmişdi”.
“AzPolitika” xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Bakıdakı “Rus Evi”nin bağlanmasına və Rusiya ilə bu istiqamətdə hansısa danışıqların aparılmasına dair suala cavab verərkən deyib
Nazir qeyd edib ki, digər pozuntular da davam edirdi: "Ona görə də "Rus Evi"nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma məsələsi başa çatıb".

Şərhlər