Menu

Prezident moped idarə edənlərdən sürücülük vəsiqəsinin tələbini təsdiqləyib

26.12.2025, 16:56
Prezident moped idarə edənlərdən sürücülük vəsiqəsinin tələbini təsdiqləyib

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq.

Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Qeyd edək ki, dəyişikliyin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.

Mühüm dəyişiklik moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Bundan başqa, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsini nəzərdə tutur. Qanunda mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbi aradan qaldırılıb.

Bundan başqa, sözügedən qanunda motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilib.

Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.

Şərhlər

Moshu 2025-12-26 21:41:52

Hörmətli Azpolitika, bu şərhləri elə verirsiniz ki, verməsəniz ondan yaxşıdır. Bu problem həyati problemdir. Elə təəssürat yaranır ki, Siz də Sumqayıt şəhərində yerləşən 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə şərikdirlər.

Moshu 2025-12-26 18:55:53

Bu tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkasının Qanununun tələblərindən irəli gəlir. Buna baxmayaraq bu gün də hələ bu sahədə kifayət boşluq mövcuddur. Belə ki, sürücülük vəsiqələrinin verilməsində kifayət qədər cinayət xarakterli problemlər var. Bildiyiniz kimi, sürücülük vəsiqəsinin verilməsi Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” ilə tənzimlənir. Əfsuslar olsun ki, bu Əsasnamənin tələblərinə DYP-nin qeydiyyat şöbələrində qətiyyən əməl edilmir. Sadə vətəndaşlar arasında belə söz-söhbət dolaşır ki, maklerlər peyda olublar. Sürücülük vəsiqəsinə sahib olanlarla cinayət əlaqəsinə girərək onlardan çəxsiyyət vəsiqələrini və 1500 manat pulu alıb bir həftədən sonra sürücülük vəsiqəsini onlara təqdim edirlər. Vətəndaşlar imtahana belə girmirlər. Belə ki, bunu dəqiqləşdirmək üçün Sumqayıt şəhərində yerləşən 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə baş çəkmək qərarına gəldim. Heç kimin heysiyyatına toxunmaq məqsədim də yoxdur. İmtahan verməyə gələnlər qoyun sürüsü kimi imtahana veriləcək qapının ağzını kəsib növbə gözləyirlər. Heç ən geridə qalmış Afrikada da belə mənzərənin şahidi olmazsınız. Daxildən polis əməkdaşı müdavimləri imtahan otağına dəvət edir, bir sözlə it yiyəsini tanımır, şıdırğı alver gedir. Özüm şahidi olduğum məbzərəni dəyərli oxucularla bölüşəcəyəm. Polis əməkdaşı hamını ümumi qaydada imtahan otağına dəvət edir, bir xanımı da dəvət etdikdə, ona şəxsən müraciət etdi “birinci stolda əyləş” dedi. Mən isə bu mənzərəni seyr etməkdə davam etdim. İmtahan otağından çıxanların böyük əksəriyyəti oradan üzlərində sevinclə çıxırdı. Onların üzündəki sevinci tupoyluqları ilə müqayisə edəndə dəhşət məni bürüdü. Heç Bakı Dövlət Universitetində belə nailiyyəti görə bilməzsiniz. Ora toplaşan müdavimlərə açıq tekstlə dedim ki, ay bədbəxtlər, Siz sürücülük vəsiqəsi deyil özünüzə ölüm alırsınız. Bəli, həqiqətən də belədir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkədə ildə orta hesabla 700–800 nəfər yol qəzaları nəticəsində həyatını itirir, bu da yol-nəqliyyat hadisələri nəticəsində ölüm göstəricisi hər 100 min nəfərə təxminən 6-7 nəfər təşkil edir. Bu rəqəmlərin də böyük əksəriyyəti naşı sürücülərin təqsiri ucbatından baş verir. Hər ehtimala qarşı texniki baxışla bağlı sahəyə yaxınlaşdım. Bir neçə maşını texniki baxış sahəsində saxlayırlar, ola bilsin ki, bu maşınlar orada çalışan əməkdaşların nəqliyyat vasitələridir. Vətəndaşlar növbəyə düzülürlər və növbəlik qaydasında bir otağa daxil olurlar. Nəqliyyat vasitəsinin ilindən asılı olaraq 150 manatdan 200-250 manatadək pul verib hər 5-6 dəqiqədən bir texniki baxışdan keçmələri barədə hazır arayışla sevinclə oradan çıxırlar. Qeyd etdiklərim nə yalandır, nə də şantaj. Oranın rəhbəri yüksək ranqlı vəzifəli şəxsin yaxın qohumu olduğuna vətəndaçlara ölüm satır. Nə zamansa, lazım gəlsə bunları sübut etməyə hazıram. Bunları kökə yeyəndən pəpə yeyənə kimi hamı bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol