İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Somalinin bir hissəsi olan Somalilendidəki separatçı rejimi "müstəqil ölkə" kimi tanıyıb.
Bununla bağlı Netanyahunun dəftərxanası bəyanat yayıb.
Hətta Netanyahunun, xarici işlər naziri Gideon Saar və Somalilendin "prezidenti" Abdirahman Mohamed Abdullahi ilə birgə "bəyannamə" imzaladığı bildirilib.
Qeyd edək ki, Somalilend separatçıları 1991-ci ildə birtərəfli qaydada "müstəqilliklərini" elan ediblər. Ancaq o vaxtdan bəri heç bir dövlət separatçı rejimi "müstəqil dövlət" kimi tanınmayıb. Bütün ölkələr və ya beynəlxalq təşkilatlar Somalilendi Somalinin bir hissəsi kimi tanıyır.
Ekspertlərin fikrincə, ağır cinayətlərdə ittiham olunan Netanyahu diqqəti yayındırmaq üçün bu cür yollardan istifadə edir. Bunun bir səbəbi kimi Somalinin Türkiyə ilə yaxın əlaqələrə malik olmas göstərilir.
Qeyd edək ki, Somali, Misir, Türkiyə və Cibutinin xarici işlər nazirləri İsrailin Somalilend separatçıları "suveren dövlət" kimi tanımasını pisləyiblər.
Bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) nazirin Türkiyə, Somalili Cibutidən olan həmkarları ilə telefon danışığından sonra dərc edilən bəyanatında deyilib.
"Nazirlər bu qərarı qınadılar və rədd etdilər. Somalinin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam dəstəklərini vurğuladılar", - Misir XİN-dən bildirilib.
"Azpolitika.info"


Şərhlər