Menu

Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb

26.12.2025, 21:04
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb

Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.

O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib.

"Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol