Menu

"Zil" sürücüsü qəza törədib - Ölən var

27.12.2025, 11:25
"Zil" sürücüsü qəza törədib - Ölən var

Binə qəsəbəsində "Zil" sürücüsü qəza törədib, ölən var.

Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Əlizaman Elman oğlu Bədəlov idarə etdiyi "ZİL 30" markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən piyada Yeganə Rafiq qızı Şıxəliyevanı vurub.

Piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol