Menu

Rusiya Könüllülər Korpusunun komandiri həlak olub - Denis Kapustin dron zərbəsinə tuş gəlib

27.12.2025, 12:33
Rusiya Könüllülər Korpusunun komandiri həlak olub - Denis Kapustin dron zərbəsinə tuş gəlib

“Rusiya Könüllülər Korpusu”nun (RDK) komandiri Denis Kapustinin öldüyü bildirilir. Bu barədə Ukrayna tərəfində döyüşən və Rusiya vətəndaşlarından ibarət olan hərbi birləşmənin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, ilkin versiyaya əsasən, Denis Kapustin ötən gecə Zaporojye istiqamətində FPV tipli pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olub. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Könüllülər Korpusu Ukrayna müharibəsi fonunda yaradılmış və Rusiya əleyhinə döyüşən silahlı qruplardan biri kimi tanınır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol