Menu

Keçmiş məhkum dəm qazından boğulub

27.12.2025, 14:11
Keçmiş məhkum dəm qazından boğulub

İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.

Hadisə rayonun Çahar kəndində baş verib.

Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol