Menu

Rusiya hökuməti benzin və dizel ixracına qoyulan qadağanı uzadıb

27.12.2025, 14:18
Rusiya hökuməti benzin və dizel ixracına qoyulan qadağanı uzadıb

Rusiya hökuməti benzin və dizel yanacağı, eləcə də digər növ yanacaqların  ixracına qadağanı uzadıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “TASS” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni fərmanla avtomobil benzininin ölkə xaricinə ixracına müvəqqəti qadağa 28 fevral 2026-cı ilə qədər uzadıb", - deyə bəyanatda bildirilir. Qadağa birbaşa istehsalçılar da daxil olmaqla hər kəsə şamil olunacaq.

Bununla yanaşı, fərmanla gəmi yanacağının, dizel yanacağının və digər qazoyllərin, o cümlədən birjadan alınanların ixracına qoyulan qadağanı 28 fevral 2026-cı ilə qədər uzadılıb. Bu, neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.

Məhdudiyyətlər 28 dekabrda qüvvəyə minəcək. Hökumət daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bu tədbirləri həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol