Menu

Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb

28.12.2025, 09:55
Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol