Menu

Milyardlarla dollar əhaliyə yox, Xameneinin nəzarətindəki qurumlara xərclənir

28.12.2025, 12:27
Milyardlarla dollar əhaliyə yox, Xameneinin nəzarətindəki qurumlara xərclənir

İran İslam Respublikasında milyardlarla dollar əhaliyə yox, ali rəhbər Əli Xameneinin nəzarətində olan qurumlara xərclənir.

"Report" xəbər verir ki, bu, "İran İnternational" xəbər agentliyinin araşdırmasında yer alıb.

Məqalədə büdcə haqqında yeni qanun layihəsinə də toxulunub, qeyd olunur ki, yeni təklif də köhnə modelin davamıdır.

Bildirilib ki, İranın büdcəsinin əsas hissəsi İslam Respublikasının ali rəhbəri Əli Xameneinin nəzarəti altında olan ideoloji qurumlara sərf olunur. "Büdcə göstəricilərinin təhlili aydın şəkildə göstərir ki, güc balansı hələ də Əli Xameneinin rəhbərliyi altında olan qurumların lehinə yönəlib, insanların gündəlik həyatına yox" , - araşdırmada qeyd olunub.

Şərhlər

Bəhram 2025-12-28 23:39:50

İran Ali Rəhbərinin strukturunun digər dövlət qurumlarından fərqinə qiymət vermək çətindir. İllik hesabat üzrə Ali Rəhbərin Şəxsi qərar və göstərişlərinə nə qədər xərcləndiyini, eləcə də hər sahə üzrə xərcin İran dövlətinə, cəmiyyətinə nə qədər səmərə, qazanc gətirdiyini müəyyən etmək o qədər də çətin hesabat deyil!

Zaur 2025-12-28 12:45:51

A kişi Azerbaycanda ondan da beterdir. Bir tek Beylerin qardaşi oglunun yagmaladigi haram pul - servet Azerbaycanin budcesinden çoxdur.. onun kimi mafioz,, tayfabaz, korrupsiyoner yüzlerledir.. Bundan danişin ey..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol